Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Passiv İnsanlarin Xüsusiyyətləri

 

Ağıllarından Passiv Şəkildə Istifadə Etmələri

Müsəlmanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri ağıl sahibi olmalarıdır. Ağıl, zəkadan fərqli olaraq, yalnız səmimi iman edən insanlarda Quranla hökm vermələri nəticəsində yaranan məqsədəuyğun hiss etmə və qərar vermə qabiliyyətidir. Ancaq passiv kəslər, Quran əxlaqından çox kənar bir düşüncəyə sahib olduqlarından ötrü nə qədər təqlid etməyə çalışsalar da ağıllı davranışlar edə bilməzlər.

Əksər rəftarlarından, zehinlərində ciddi bir anlaşılmazlıq olduğu, hadisələri sağlam düşünən bir insan kimi qavrayıb başa düşə bilmədikləri diqqət çəkər. Üz-üzə gəldikləri hadisələrdən, müsəlmanların Quran anlayışı daxilindəki diaqnoz və anlayış formalarından xeyli fərqli nəticələr çıxararlar. Səmimi möminlər kimi diqqətcil olmadıqlarından, hadisələrin Qurana görə daşıdığı hikmətləri düşünüb ortaya çıxarmağa ağılları kifayət etməz.

Əqli bir passivlik içində yaşayan insanların bu vəziyyətlərini aşkar edən ən əhəmiyyətli dəlillərdən biri də çox vaxt üzlərində mənasız, donuq və boş ifadələrin olmasıdır. Diqqətcil, normal şüura sahib heç bir insan üzünə boş və mənasız bir ifadə vermək istəməz. Ancaq bəhsi keçən insanlar, bu ciddi keylik üzündən çox vaxt üzlərində mənasız bir ifadə ilə gəzərlər.

Müsəlmanlar arasında yaşayan passiv insanların şuurlarındaki anlaşılmazlıq, özləriylə dialoq içinə girən insanlar tərəfindən də hiss edilə bilər. Məsələn, özlərinə yönəldilən suallara verdikləri cavablar çox vaxt tam bir dəqiqlik daşımaz. Sualın qarşılığı olan cavab ya əskik olaraq alınar ya da heç alına bilməz. Həmçinin bu insanların danışarkən diqqətlərini danışdıqları mövzulara verməyi bacara bilmədikləri də dərhal aydın olar. Allah Quranda ağılsız insanların bu hallarına belə diqqət çəkir:

 

Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar. (Furqan surəsi, 44)

 

Bəhsi keçən insanlar hadisələri həqiqi mənada başa düşmək qabiliyyətindən məhrum olduqları üçün üzlərində həmişə bir çaşqınlıq, çaxnaşma və şübhə ifadəsi də diqqətə çarpar. Özlərindən olduqca asan bir iş görmələri tələb olunduqda belə təşvişə düşmələri, bu işi müvəffəqiyyətlə başa çatdırmalarına mane olar. Sadə bir işi görərkən belə diqqətcil olmadıqları üçün, özlərinə və ətraflarındakı insanlara ya da əşyalara asanlıqla zərər verə bilərlər. Allah bir ayəsində, azğınlıq içində olanların çaşqınlığına da belə diqqət çəkmişdir:

 

...Onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik. (Ənam surəsi, 110)

 

Səmimi müsəlman olmaq üçün Allaha dua etməyən, ürəklərində bu mövzuda bir istək olmayan insanlar, möminlərlə uzun və hikmətli söhbətlər də apara bilməzlər. Diqqətləri tez dağıldığından dərhal özlərində bir sıxıntı və narahatlıq hiss olunar. Allah, həqiqi mənada iman etməyən insanların sahib olduqları bu ruh halını belə bildirir:

 

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar.  (Ənam surəsi, 125)

 

Pasifizmi müdafiə edən insanlar, xüsusilə də Allahın ayələri oxunarkən və ya Allah xatırlanarkən tezliklə mövzunu dəyişdirməyə, diqqətləri başqa bir yerə çəkməyə çalışarlar. Ağıllı surətdə Allahın bütün varlıqlar və hadisələr üzərindəki mütləq nəzarətini lazım olduğu kimi qavramadıqlarından ötrü söhbət mövzusu seçməkdə də çətinlik çəkərlər. Halbuki bir müsəlman baxdığı hər şeydə Allahın sonsuz dəlillərini görə bilər. Ağıllı olduğundan insanlarla asan və səmimi bir dialoq qura bilər, Allahın yaratdığı hər gözəlliyi, hər neməti görüb şövqlə bu nemətləri yada sala bilər. Ayələr əsasında hikmətli və əsaslı söhbətlər edə bilər. Bu kəslər isə ağıllarındakı durğunluq üzündən ancaq süni mövzular tapa bilərlər və bunlar barəsində danışa bilərlər. Məsələn, geyim, musiqi, maqazin, siyasət mövzularındakı məlumatları və ya qəzetlərdən oxuduqları yazıları və xəbərləri nəql etməkdə çətinlik çəkməzlər. Amma Allahı yad etməkdə, Quran ayələrinin hikmətlərini izah etməkdə, iman həqiqətlərini dilə gətirməkdə bitərəf davranarlar. Əlbəttə ki, bir insanın ictimai, siyasi, aktual hər mövzuda söhbət apara bilməsi, ünsiyyətcil olması yaxşı şeydir. Ancaq burada normal olmayan, bəhsi keçən insanların bu mövzuları Allahı yad etməyə dəyişdirmələri və bir qaçış yolu kimi istifadə etmələridir.

 

 

Quranı Həyatlarına Tətbiq Etməkdə Passiv Davranmaları

Müsəlmanlar içində həmişə passiv bir ruh halı yaşatmağa çalışan və bu cəhətləriylə tanınan kəslər Quran ayələri və Allahın əmrlərini bilirlər. Ancaq möminlərdən fərqli olaraq bu onlarda yalnız məlumat kimi olar. Müsəlmanlara aid inanc formasını və gözəl əxlaq xüsusiyyətlərini tam olaraq qəbul etməz və yaşamazlar.

Bu kəslərin Qurana uyğun bir əxlaqa sahib olmamaları, müsəlmanlar arasında həmişə bu cəhətləriylə diqqət çəkmələrinə, pis əxlaq və xarakterləriylə ön plana çıxmalarına səbəb olar. Passivlikdə israr edən bu insanlar, əslində ən başından bəri din əxlaqını əsl mənada və səmimi olaraq yaşamaq niyyətində olmamışlar. Bu, onların əvvəldən bəri Quran hökmlərini və möminlərə xas əxlaq xüsusiyyətlərini mənimsəmələrinə də mane olmuşdur. Allahın əmr və qadağalarına tabe olurmuş kimi görünsələr də, əslində əvvəldən bəri gətirmiş olduqları cahiliyyə məntiqlərini həyatlarından çıxarmazlar. Quran ayələrini, əsassız cahiliyyə qaydalarıyla birlikdə izah etmək kimi azğın bir yola düşərlər. Buna görə də müsəlmanların ümumi inanc və anlayışlarından çox fərqli bir anlayışa sahib olarlar. Mənfəətlərinə zidd olan, əhval-ruhiyyələrini pozan bir hadisəylə qarşılaşdıqları vaxt dərhal təvəkkülsüz, səbirsiz, qorxaq, təşvişə düşmüş, həyasız bir ruh halına bürünərlər. Din əxlaqını həqiqi müsəlmanlar kimi, Quranda bildirildiyi həqiqi halıyla yaşamağa razı olmazlar. Onsuz da əxlaqlarına və həyat tərzlərinə baxdıqda, müsəlmanların ümumi hallarından çox fərqli olduqları dərhal görülə bilər. Qurana tabe olan müsəlmanların səmimi, təslimiyyətli, ağıllı davranışları, hikmətli söhbətləri və Allaha yaxınlıqları bu kəslərdə hiss olunmaz. Əksinə ətraflarındakı insanlara din əxlaqını mənimsəmiş bir adamın yaşaması qeyri-mümkün olan bir soyuqluq, ciddilik, səmimiyyətsizlik, sünilik və gərginlik hissi verərlər.

Quranda, Peyğəmbərimiz (s.ə.v)-in yanında olan insanların arasında da bu xarakterdə kəslər olduğuna işarə edilir. Bu kəslər Peyğəmbərimizin çox yaxınlığında olduqları, Onunla danışa bildikləri, Onun təbliğinə şahid olduqları halda, Quran əxlaqına uyğun yaşamaq mövzusunda ciddi bir passivlik göstərmişlər. Hətta Peyğəmbərimiz (s.ə.v) kimi mübarək bir insana qarşı yalan danışmaqda heç bir problem görməmişlər. Allah münafiq xarakterli insanların bu əxlaqlarını bu yolla ifşa edərək bizlərə bildirir:

 

Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!” – deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. (Münafiqun surəsi, 1)

 

Bu kəslər Peyğəmbərimiz (s.ə.v)-i yaxından tanımalarına və Quran ayələrini bilmələrinə baxmayaraq, hz. Məhəmməd (s.ə.v)-in haqq peyğəmbər olduğuna qəlbən inanmamışlar. Ancaq özlərini müəyyən bir müddət müsəlmanlardan gizlətmək və onların özlərinə təmin etdiyi imkanlardan faydalanmaq məqsədiylə Peyğəmbərimiz (s.ə.v)-ə qarşı yalan danışmaqda bir problem görməmişlər.

Bu insanlar səbirlilik, təvazökarlıq, fədakarlıq, sədaqət, vəfa və buna bənzər mömin xüsusiyyətlərini yaşamaq mövzusunda da həmişə geridədirlər. Hərəkətlərində cahiliyyə xarakteri, vərdişləri, reaksiyaları və rəftarları hakimdir. Məsələn, təvazökarlığın necə olmalı olduğunu bilmələrinə baxmayaraq qürurlu, öz ağlını üstün görən, yanına yaxınlaşıb səmimi ünsiyyət qurula bilməyən bir insan olarlar. Necə səbir göstərmələri lazım olduğunu bilmələrinə baxmayaraq, olduqca tələskən, gözləməkdə çətinlik çəkən, tələblərinin dərhal reallaşmasını istəyən səthi bir xarakter göstərərlər. Eynilə təvəkküllü və taleyin yaşandığını bilən bir insanın ümumi halını çox yaxşı bilmələrinə baxmayaraq, həmişə bu məsələdə problem yaşayan, hadisələrin nəticəsini gözləməyə dözə bilməyən, yaşadıqlarını xeyir gözüylə qiymətləndirməkdə çətinlik çəkən bir xarakter nümayiş etdirərlər. Dərhal təşvişə düşər, şübhəyə qapılar və qorxarlar. Allahın, baş verən bütün hadisələrdəki mütləq nəzarətini dərk edə bilmədikləri etirazlarıyla açıq bir şəkildə hiss etdirərlər.

Hər mövzuda vicdanla hərəkət etmək gözəl əxlaqın əsasıdır və müsəlman xüsusiyyətidir. Müsəlmanların arasındakı passiv insanlar isə tam olaraq vicdanla hərəkət etmirlər. Özlərinə asan gələn mövzularda vicdanla tabe olar, nəfslərinə ağır gələn, mənfəətləriylə zidd düşən və ya ərindikləri mövzularda tabe olmazlar. Məsələn, bu insanlar əfvi, mülayim bir əxlaqı izah edə bilər, mövzuyla əlaqədar ayələri də deyə bilərlər. Lakin, belə bir əxlaqın göstərilməsi lazım olan bir an gəldikdə nəfslərinə tabe olarlar. Məsələn, vicdanları digər müsəlmanlar kimi aktiv olmağı, hər mövzuda tam bir müsəlman şövqü içində yaşamağı deyərkən bu insanlar nəfslərinə tabe olaraq fəaliyyətləri zəiflətməyi, ləngitməyi mənfəətlərinə daha uyğun görərlər. Halbuki həqiqi bir müsəlmanın vicdanı, nəfsinə daim üstün gələr. Allah bir ayəsində müsəlmanların bu əxlaq xüsusiyyətini belə bildirmişdir:

 

İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər... (Bəqərə surəsi, 207)

 

Müsəlman qəzəbini boğar, kin saxlamaz. Nəfsindəki pislikləri məğlub etməkdən də böyük bir zövq alar. İnsanları əfv etməkdən, bağışlamaqdan, onlara qarşı tolerant olmaqdan xoşu gələr. Çünki Allah Quranda müsəlmanlara belə əmr etmişdir:

 

Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 22)

 

Din əxlaqını yaşamaqda passiv davrananlar bu mövzulara da lazımi qədər əhəmiyyət verməz, nəfslərinə zidd düşən hallarda bir anda bütün kinlərini və qəzəblərini ortaya büruzə verə bilər. Bəzən də müsbət ya da mənfi heç bir reaksiya verməyərək hərtərəfli passiv bir rəftar göstərərlər. Beləcə müsəlmanlar üçün əhəmiyyətli olan mövzuların özlərini maraqlandırmadığı mesajını vermiş olarlar. Mənəvi dəyərlərə qarşı aparılmış fikri bir hücum qarşısında belə haqlı bir qəzəb duymazlar. Məqsədləri, bu biganə hallarıyla, laqeyd, reaksiyasız olmağın məqbul olduğunu ətraflarındakı zəif kəslərə hiyləgərcəsinə hiss etdirməkdir. Bu metodla başqa insanları da passivləşdirməyi düşünərlər. Halbuki bu tərz reaksiyaların nə mənaya gəldiyini çox yaxşı bilən bəsirət sahibi müsəlmanlar, ətraflarında din əxlaqını yaşamaq mövzusunda bitərəf qalan, münafiq xarakterli insanları gördükcə daha diqqətli və təmkinli hərəkət etməyə başlayarlar.

Burada vurğulanmalı olan əhəmiyyətli bir məqam da bu insanların gözəl əxlaq nümayiş etdirməməyə xüsusilə etina etmələridir. Daha əvvəl də ifadə etdiyimiz kimi bu kəslər insanpərvərliyi, fədakarlığı, sədaqəti, mərhəməti, səbri, bir sözlə, gözəl əxlaqı bilməyən insanlar deyillər. Əksinə bunların hər birini çox yaxşı bilir, soruşulduğu təqdirdə Quranda olan ayələrlə izah edə bilərlər. Lakin həm imani cəhətdən zəif olduqları, həm də müsəlmanlara öz aləmlərində əhəmiyyət vermədiklərini vurğulamaq üçün bunları qəsdən tətbiq etməzlər. Yoxsa bu insanlar bunun qarşılığında böyük bir maddi mənfəət əldə edəcəklərini bilsələr, lazım olan hər cür fədakarlığı edərlər. Özlərindən istənilən əxlaqı qüsursuz deyiləcək bir şəkildə yerinə yetirərlər. Məsələn, mənfəət əldə edəcəkləri adam bir şirkətin yüksək vəzifəli işçisi isə o adamın hər dediyini əskiksiz yerinə yetirər, olduqca uyğun bir rəftar nümayiş etdirər, o adamın hər cür rəftarına qarşı dözməyə çalışar, itaətli və təvazökar bir rəftar göstərərlər. Əlbəttə ki, bunları etmələri onların gözəl əxlaqlı olduğunu göstərməz. Əksinə lazım gəldikdə gözəl davranmağı bildikləri halda, bunu tətbiq etməmələri, bu kəslərin hiyləgərliyinin aydın bir dəlilidir.

Bu kəslərdə diqqət çəkən əhəmiyyətli bir məqam da Quran əxlaqından olduqca uzaq yaşamalarına baxmayaraq, nəfslərinə ağır gələn bir vəziyyət meydana gəldikdə, ayələri müsəlmanlara qarşı istifadə edərək özlərini müdafiə etməyə cəhd etmələridir. Bu vəziyyətdə qarşı tərəfə, etdiklərinin taledə olduğunu, səhvləri öz istəkləriylə etmədiklərini, özlərinə qarşı mütləq bir hüsnü-zənlə yaxınlaşılmasının lazım olduğu istiqamətində öyüd-nəsihət verərlər. Məqsədləri qarşı tərəfin təbliğinə mane olmaq, insanı danışa bilməz, Quranla öyüd-nəsihət verə bilməz hala gətirməkdir. Halbuki müsəlmanlar hər şeyin taledə olduğunu və Allahın izniylə meydana gəldiyini onsuz da bilirlər. Ancaq dünyadakı imtahanlarının bir tələbi olaraq hadisələri görünən hallarıyla və Quranda verilənlər istiqamətində qiymətləndirərlər. Buna görə də müsəlmanları passivləşdirmək məqsədi daşıya biləcək hər cür rəftara və münafiq əlamətlərinə qarşı hər an diqqətli olmaq və lazımi tədbirləri görmək vəziyyətindədirlər.

Allah Quranda, “ayələrimizi qüvvədən salmağa cəhd göstərənləri isə ən pis, ağrılı-acılı əzab gözləyir...” (Səba surəsi, 5) ayəsiylə bu kəslərin həqiqətləri ört-basdır etmək və müsəlmanların fəaliyyətlərini zəiflədib onları passivləşdirmək məqsədiylə “acizliyə salan səylər göstərdiklərini” bildirir. Ümumi əxlaqlarından ötrü, yanlarında oxunan ayələri və bunlara aid şərhləri gələcəkdə özlərini təmizə çıxarmaları lazım gəldikdə istifadə etmək məqsədiylə dinləyən və yadda saxlayan bəhsi keçən kəslərin bu şeytani səyləri heç bir şəkildə fayda verməz. Bu kəslərin, ayələri öz yanlış zehniyyətləri daxilində şərh etməyə cəhd etmələri bir ayədə belə xəbər verilmişdir:

 

Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali İmran surəsi, 7)

 

 

Saleh Əməllər Etmək Barəsində Şövqsüz və Həvəssiz Olmaları

Allah Quranda bir çox ayədə saleh əməllər etməyin əhəmiyyətini bizlərə xatırlatmışdır. Bu ayələrdən bəziləri belədir:

 

İman gətirib yaxşı əməl işləyənləri tükənməz nemətlər gözləyir”. (Fussilət surəsi, 8)

 

İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar müvəffəqiyyətdir. (Casiyə surəsi, 30)

 

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. (Beyyinə surəsi, 7)

 

Din əxlaqını tam olaraq qəbul etməyən insanların ən diqqət çəkən xüsusiyyətlərindən biri isə, saleh əməl etmək mövzusundakı həvəssizlikləri və tənbəllikləridir. Allah “...cihada çıxdıqda özlərini yubandırar...” (Nisa surəsi, 72) ayəsiylə müsəlmanlar arasındakı bu cür şəxslərə diqqət çəkmişdir. Bu insanlar yaxşı işlər görmək mövzusunda olduqca bitərəf bir münasibət göstərərlər. Öz mənfəətlərinə xidmət etmədiyi müddətcə müsəlmanlara fayda verəcək bir iş görməyə çalışmazlar. Allah ayəsində saleh əməllər edənlərlə bitərəf davranan insanlar arasındakı fərqi belə bildirmişdir:

 

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)

 

Bəhsi keçən insanlar hər an möminləri tərk edib, cahiliyyə həyatlarına geri qayıtma qapısını açıq qoyub getdiklərindən, edəcəkləri saleh əməlləri öz aləmlərində itkiyə gedən bir vaxt kimi görərlər. Əgər çox çalışar və zəhmət çəkərlərsə gələcəkdə peşmanlıq çəkə biləcəklərini hesablayar və buna görə də xidmət məsələsində olduqca zəif və həvəssiz olarlar.

Allaha qəti olaraq inanan bir insan isə Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün əlindən gələnin ən çoxunu etmək istəyər. Bir işi başa çatdırıb tezliklə başqa bir xeyirli işə keçər, mümkün ola biləcək ən sürətli, ən geniş və ən doğru şəkildə dinə xidmət edər. Allaha olan bağlılığını əlindən gələn ən xeyirli xidmətləri ömrünə sığdıraraq göstərmək üçün ciddi səy göstərər. Daima İslamın, müsəlmanların xeyri üçün düşünər, bütün insanların sülh, dostluq, etibar və hüzur içində yaşamaları üçün fikirlər gətirər və bunları həyata keçirər. Buna görə də həqiqi dindarlığın vacib əlamətlərindən biri Allah rizası üçün edilən xidmətlərdəki şövq və həvəsdir.

Ancaq qəlbində xəstəlik olan insanlar, qarşılıqsız olaraq faydalı bir xidmət etmək istəməzlər. Qəlblərində onları qarşılıqsız xidmətə sövq edəcək qədər Allah sevgisi və qorxusu yoxdur. Buna görə də qarşılıqsız olaraq yorulmaq, lazım gəldikdə yuxusuz qalmaq, fədakarlıq göstərmək onlara çətin gələr. “Əgər dünyəvi bir mənfəətim olmayacaqsa niyə özümü yorum” şəklində azğın düşündükləri üçün daima özlərində bir tənbəllik olar. Maddi qazanc əldə etmə ehtimalı olan işlər üçün gecə-gündüz yuxusuz qalarkən, yorularkən hətta hər cür fədakarlığı gözə alarkən, Allah rizası üçün ediləcək bir xidməti öz aləmlərində böyük bir yük olaraq görər və gördükləri hər işdə möminlərə minnət qoymaq istəyərlər. Ancaq, əlbəttə ki, bu heç bir iş görməzlər mənasına da gəlməz. Bu hiyləgər xarakterli insanlar özlərini ətrafdakılara dindar göstərəcək, diqqət çəkməyəcək qədər xidmət göstərər və minimum zəhmət sərf edərək həyatlarını davam etdirmək istəyərlər. Çox vaxt da özlərini bildirməmək üçün müxtəlif hiyləgərliklər edərlər. Xəstəlik, qabiliyyətsizlik, bacarıqsızlıq, qavramaqda çətinlik çəkmək kimi bəhanələrlə özlərini həmişə geridə tutarlar. Beləcə müsəlmanları, yaxşı iş görmək istədiklərinə, lakin bunu bacara bilmədiklərinə və əqli cəhətdən də qavraya bilmədiklərinə inandırmağa çalışarlar. Allah bu hiyləgər məntiqdən istifadə edən insanlara, Əsri-Səadət dövründə yaşayan münafiqlərin Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə döyüşə getməkdən necə qaçdıqlarını bildirərək diqqət çəkmişdir:

 

Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!” – deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik” – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali İmran surəsi, 167)

 

Münafiq xarakterə sahib bu insanların cahiliyyəyə olan sevgiləri Allaha olan sevgilərindən daha güclüdür. Buna görə də cahiliyyə əxlaqının yaşandığı mühitlərdə aktiv, gümrah, şad olduqları halda, möminlərin arasında olarkən bezgin, ərincək və tənbəl olarlar. Bu xarakterdəki insanların Allah tək olaraq xatırlandığı vaxt qəlblərini nifrət bürüdüyü, Ondan qeyriləri yad edildiyi vaxt isə sevindikləri bir ayədə belə bildirilmişdir:

 

Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.  (Zumər surəsi, 45)

 

Həqiqi dindarlar isə, Allahın rizasını, rəhmətini və cənnətini qazanmağın ümidi və sevinciylə hər anlarında çox şövqlü, gümrah və çalışqandırlar. Allah ayələrdə möminlərə belə buyurmuşdur:

 

İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut!  (İnşirah surəsi, 7-8)

 

Allah başqa bir ayəsində isə möminlərə “…yaxşı işlər görməkdə bir-birinizlə yarışın...” (Bəqərə surəsi, 148) deyə əmr edir. Bu ayələrə əməl edən möminlər, bir an belə boş durmadan, gün ərzində həmişə yaxşı işlərin arxasınca qaçarlar. Hər mövzuda bir-birlərinə üstünlük verən, əsla rəqabət aparmayan möminlər, yaxşı işlər görmək və yaxşılıq etmək mövzusunda bir-birləriylə yarış içindədirlər. Hər an bir savab qazanmaq üçün fürsət axtarır, heç vaxt ruhdan düşmədən, başqasına həvalə etmədən, ləngimədən qarşılarına çıxan hər saleh əməli yerinə yetirərlər. Yorulduqda isə, bunu dilə belə gətirmədən başqa bir işlə yorulmağa davam edərlər. Etdiklərindən ötrü isə heç kimə minnət qoymaz, heç kimə yaxşılıq edirmiş görünüşü verməzlər. Əksinə Allaha, Allahın rizasına və rəhmətinə, ölmədən əvvəl qazanacaqları savablara möhtac olduqlarını bilərək təvazökarlıq və qənaətkarlıqla, heç kimdən tək bir təşəkkür belə gözləmədən saleh əməllər edərlər.

Göründüyü kimi din əxlaqını mənimsəməyən, “…Allaha şübhə ilə ibadət edir…” (Həcc surəsi, 11) insanlarla, həqiqi səmimi möminlərin halları, rəftarları və dünyagörüşləri tamamilə bir-birindən fərqlidir. İlk baxışda hər ikisi də müsəlmandır, hər ikisi də dindar olduğunu, Allaha və axirət gününə iman etdiyini deyir. Ancaq Qurana görə qiymətləndirən bir insan üçün, dini əsl mənada yaşayan və özünü tamamilə Allaha təslim etmiş bir adamla, saxta dindarlıq göstərən adam arasındakı fərq aydındır.

 

 

Çətin Vaxtlarda Bəhanələr Gətirərək Geri Qalmaları

Passivlik tərəfdarları islamı və müsəlmanları maraqlandıran mövzularda geridə qalmağı seçən insanlardır. Həmişə kənardan, hiyləgər bir gözlə səssiz bir şəkildə prosesləri izləməyi seçərlər. Heç vaxt hadisələrə müdaxilə edən, zərəri və ya təhlükəni aradan qaldırmaq üçün ağıldan istifadə edən kəslər olmazlar. İslamın mənfəətini qorumağa meyil etməzlər. Bir insanın əbədi cənnət həyatını itirməsinə, imanının yox olmasına hiyləgərcəsinə tamaşa edərlər. Müsəlmanların faydalı işlərinə və gözəl səylərinə şahid olduqları halda, özləri tənbəlcəsinə oturmağı seçərlər. Tətbiq etdikləri sistem, ya asan işlərə nail olmaq ya da bəzi əsassız bəhanələr ortaya ataraq saleh əməllərdən uzaq durmaqdır. Allah onların cahilanə bir sayıqlıq içində tətbiq etdikləri bu siyasətlərinə qarşı müsəlmanları xəbərdar edər. Onların, Öz qatında, çalışqan, hər işi qüsursuz deyiləcək bir diqqət və səylə tamamlayan müsəlmanlarla eyni olmadıqlarını xəbər verir:

 

Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 19)

 

Möminlərdən – üzürlülər istisna olmaqla – evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi. Allah onların hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir. (Nisa surəsi, 95)

 

Müsəlmanları cahilanə üsullarla aldadacaqlarını güman edən bu xarakterdəki kəslər üçün əldə etdikləri kiçik bir mənfəətin ya da qazancın əhəmiyyəti çox böyükdür. Onlar bir qədər də çox oturmaq, bir qədər də az iş görmək ya da gördüyü işi bir qədər də az vaxt sərf edərək başdan sovdu bir şəkildə başa çatdırmaqla xeyir qazanacaqlarını zənn edərlər. Ən əhəmiyyətlisi də bu yolla öz aləmlərində ayıq-sayıq olduqlarını, özlərini yormayaraq, səmimi müsəlmanlar kimi diqqət və ya iradə sərf etməyərək ən doğru işi gördüklərini zənn edərlər.

Bu kəslərin əsl məqsədləri müsəlmanlar arasında passiv bir hərəkata liderlik etmək olduğundan, bu məqsədlərinə uyğun hər cür əxlaqi zəifliyi göstərərlər. Məsələn, müsəlmanlar Quran əxlaqının təbliğ edilməsi, insanların qəlbinin İslam əxlaqına isinişdirilməsi üçün var gücləriylə çalışarkən, onlar əksinə, müsəlmanların bu işlərindən qaçmaq yolları axtararlar. Bu məqsədlə ağlasığmaz bəhanələr ortaya atmaqda da bir problem görməzlər. Allah, müsəlmanlarla bu kəslər arasında ən fərqləndirici xüsusiyyətlərdən birinin iki qrup arasındakı bu fərq olduğunu xəbər verir:

 

Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır. Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. (Tövbə surəsi, 44-45)

 

Ayələrdən də aydın olduğu kimi bu insanlar müsəlmanların etdiyi kimi səmimi bir səy göstərmək niyyətində olmadıqlarından dərhal ortaya bəhanələr ataraq qaçmağa meyil edərlər. Quranda Peyğəmbərimiz (s.ə.v)-in dövründə də yaşamış bəzi zəif xarakterli kəslərin ortaya atdıqları bəzi bəhanələr belə bildirilir:

 

Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar. (Tövbə surəsi, 81)

 

“...İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər”. (Əhzab surəsi, 13)

 

“…Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!...”  (Tövbə surəsi, 42)

 

Cahiliyyə həyatını tərk edə bilməyən, dünya həyatına duyduqları ehtiraslı bağlılıqdan uzaqlaşa bilməyən bu insanlar, dünyanı axirətdən üstün tutduqlarını açıq şəkildə ifadə edə bilməzlər. Buna görə də niyyətlərini, ortaya atdıqları müxtəlif bəhanələrlə iman edənlərə hiss etdirərlər. Yuxarıdakı ayələrdə bildirildiyi kimi, bəziləri fiziki olaraq digər müsəlmanlar kimi güclü və sağlam olmadığı, bəziləri havanın isti olmasının sağlamlığına mənfi təsir etdiyi kimi bəhanələr ortaya ataraq, bəziləri də sosial vəziyyətinin islam əxlaqını lazım olduğu kimi yaşamasına mane olduğunu, digər müsəlmanlar kimi səy göstərməsinə imkan vermədiyini iddia edərək qaçarlar.

Bu kəslər izin istəyərkən ortaya atacaqları bəhanəni və istifadə edəcəkləri ifadələri də hiyləgərcəsinə seçərlər. Ortaya atdıqları bəhanələrlə müsəlmanları passivləşdirə biləcəklərini, onların özlərinə haqq verəcəklərini zənn edərlər. Necə ki, Quranı yaxşı bilməyən bir insan bu kəslərin izin istəyərlərkən istifadə etdikləri məntiqi ya da ortaya atdıqları bəhanələri normal qarşılaya bilər. Halbuki, Quranda izah edilən münafiq xarakterini çox yaxşı bilən müsəlmanlar, bəhsi keçən kəslərin din əxlaqından uzaqlaşmaq məqsədiylə istifadə etdikləri bu ifadələrin, onların həqiqi niyyətlərini ortaya qoyduğunu görərlər. Bu əsnada Allahın adını zikr edərək guya səmimiymiş kimi görünməyə çalışmaları, həmişə and içmələri də müsəlmanlar üçün əhəmiyyətli bir dəlildir. Çünki Allah Quranda bu cəhətlərinə də diqqət çəkmişdir.

Peyğəmbərimiz (s.ə.v)-in dövründə də münafiqlər buna bənzər taktikalara müraciət etmişlər. Bu insanlar öz aləmlərində hz. Məhəmməd (s.ə.v)-i səmimi olduqlarına inandıraraq, özlərini haqlı kimi görməsini təmin etməyə çalışmışlar:

 

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)

 

Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!” – deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! (Münafiqun surəsi, 1-2)

 

Ayələrdən də aydın olduğu kimi münafiq xarakterli insanlar, and içməklə və cəlbedici ifadələrdən istifadə etməklə özlərini yaxşı niyyətli və imanlı göstərməyə çalışarlar. Ancaq Allah, verdiyi bu nümunələrlə onların həqiqi niyyətlərini bütün müsəlmanlara göstərərək bildirir.

 

 

Sevgi Və Hörmət Göstərməkdə Passiv Olmaları

Passiv şəxsiyyətləriylə müsəlmanlar arasında ayrı bir xarakter və mədəniyyət meydana gətirməyə səy göstərən bu kəslərin tanınmasında başqa bir təyin edici amil də, bu şəxslərin iman edənlərə qarşı soyuq davranmalarıdır.

İman edənlər axirətdə əbədiyyən bir yerdə yaşamağı ümid edən insanlardır. Onların bu həyəcanları hələ dünyada olarkən əhval-ruhiyyələrində hiss olunar və Onları bir-birlərinə bağlayar. Allah möminlərin, “bir-birlərinə birləşmiş bir bina kimi saf bağladıqlarını” (Saf Surəsi, 4) bildirərək, iman edənlər arasındakı yaxınlıq, səmimiyyət və dostluğa diqqət çəkmişdir. Allah müsəlmanlar arasındakı bu güclü əlaqəni Quranda belə ifadə edir:

 

Möminlər, həqiqətən də qardaşdırlar... (Hucurat surəsi, 10)

 

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz... (Ali İmran surəsi, 103)

 

Müsəlmanların arasındakı bu dərin və Allaha olan imanlarına əsaslanan güclü əlaqə, özüylə bərabər bir-birlərinə sıx bağlılıq, sevgi və hörmət gətirər. Ancaq müsəlmanlar arasındakı sevgi və hörmət cahiliyyə insanlarında müşahidə olunan müvəqqəti və zəif təməllərə əsaslanan sevgi kimi deyil. Yaşanılan sevgi, tamamilə Allaha olan dərin sevgi və qorxuya əsaslanan olduqca güclü bir hissdir. Müsəlmanlar Allaha olan iman və sədaqətlərindən qaynaqlanan bir sevgiylə bir-birlərini sevərlər. Qarşılarındakı insanlarda gördükləri iman əlamətləri nə qədər güclüdürsə, o insanlara olan etibarları, sevgi və hörmətləri də o qədər güclü olar.

 

 

Allah Quranda şəfqət hissinə sahib olmağı üstün bir fəzilət olaraq bildirir:

 

Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik…  (Məryəm surəsi, 13)

 

Ancaq qarşısındakı insanlara iman gözüylə baxmayan, müsəlmanların Allahın rizasını qazanmaq üçün göstərdikləri səmimi səyi qiymətləndirməkdən məhrum olmuş kəslər, onlara qarşı sevgi ya da sadiqlik hiss etməzlər. Bu cür insanlar maddi mənfəət əldə edə bilmədikləri bir insana sadiq olmağı ağılsızlıq kimi görərlər.

Bu kəslər yalanlarıyla sevgisizliklərini nə qədər gizlətməyə çalışsalar da soyuq və sevgisiz baxışları və müsəlmanlarla səmimi ünsiyyət qura bilməmələriylə əsl niyyətlərini göstərmiş olarlar. Xüsusilə də şəxsiyyətlərində hakim olan soyuq, biganə və insanlardan uzaq xarakter, bu insanların həqiqi xarakterləri haqqında müsəlmanlara ciddi əlamətlər verir. Müsəlmanların daxilində hakim olan isti, mehriban, səmimi dostluq, əvəzinə bu kəslərdə soyuq, tərs, uzaq və fərqli bir şəxsiyyət hakimdir. Sevgilərini ifadə etmək qabiliyyətlərinin olmamasından ötrü normal insanların gözlərində yaranan sevgini ifadə edən isti və dostyana məna bu kəslərdə meydana gəlməz. Əksinə hiyləgər, çoxbilmiş, ciddi, mənasız, soyuq və əsrarəngiz baxışlarıyla müsəlmanları izləyərlər. Hz. Məhəmməd (s.ə.v)-in dövründə yaşayan bəzi kəslərin, Quranı dinləyərkən Peyğəmbərimiz yönəltdikləri baxışları bu vəziyyətin nümunələrindəndir. Rəbbimiz, bu əxlaqdakı kəslərin baxışlarına belə diqqət çəkmişdir:

 

Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!” – deyirlər. Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir. (Qələm surəsi, 51-52)

 

Ümumi mənada baxdıqda heç bir müsəlmanla səmimi bir ünsiyyət qura bilmədikləri, yaxın deyə biləcəkləri bir dostlarının olmadığı görülər. Bu kəslərin qurduqları dostluqlar sonrakı səhifələrdə də qeyd edəcəyimiz kimi, özləri kimi zəif gördükləri kəsləri öz tərəflərinə çəkərək passivləşdirmək məqsədi daşıyır. Allah qəlbində xəstəlik olan insanların bir-birlərini tanıyıb müdafiə etdiklərinə və bir-birlərinə yaxınlıq göstərdiklərinə ayələrdə belə diqqət çəkir:

 

Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar, (Mutaffifin surəsi, 30-31)

 

Saleh müsəlmanların Qurana əsaslanan əxlaq anlayışlarında sevginin, səmimiyyətin axirətə istiqamətli güclü bir dostluğun olduqca əhəmiyyətli yeri vardır. Müsəlmanlar səmimi bir insanı gözəl baxışlarından, sevgiyə olan həssaslıqlarından və yaxınlığından müəyyənləşdirə bilərlər. Bu dəyərlərə sahib olmayan insanlara, yəni yuxarıda saydığımız şəkildə soyuq, uzaq, sevgisini hiss etdirməyən bir xarakter göstərənlərə isə haqlı olaraq şübhəylə baxarlar. Onların bu soyuq rəftarlarının altında din əxlaqına və müsəlmanlara qarşı kin və nifrət bəslədiklərindən şübhələnərlər. Allah müsəlmanlara, bu kəslərə etibar edib onları sirdaş tutmamalarını əmr edir və qəlblərində olan nifrətin göstərdiklərindən daha böyük olduğunu xəbər verir:

 

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali İmran surəsi, 118)

 

Allahı Zikr Etməmələri

Müsəlmanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri həmişə Allahı zikr etmələridir. Onlar danışdıqlarında daim Allahı tərifləyər, Onu dərin bir hörmətlə ucaldarlar. Müsəlmanlar arasında passivliyi yaymağa çalışan kəslər isə Allahı mümkün olduğu qədər az zikr edərlər. Hətta Allahın zikr edildiyi mühitlərdən mümkün olduğu qədər uzaqlaşmağa çalışarlar. Bir ayədə belə buyurulmuşdur:

 

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)

 

Allahın ayədə bildirdiyi kimi şeytan bu insanları üstələmiş və onlara Allahı zikr etməyi unutdurmuşdur. (Mücadilə surəsi, 19) Yemək, içmək, geyim, musiqi, idman kimi mövzularda olduqca şən və həvəsli söhbətlər aparan bu insanlar, Allahın xatırlandığı söhbətlərdə eyni gümrahlığa və şövqə sahib olmazlar. Olduqca durğun və qorxaq bir üslubdan istifadə edərlər. Lakin tamamilə səssiz qalmaqdan da çəkindiklərindən mümkün olduğu qədər əzbərdən söhbətlər aparar, söhbəti tezliklə başqa istiqamətlərə çəkərək dəyişdirməyə çalışarlar. Bu insanların səmimi olaraq Allahın Zatını təriflədiklərini, ucalığını izah etdiklərini eşitmək demək olar qeyri-mümkündür. Söhbətləri müsəlmanlardan fərqli olaraq səmimiyyətdən uzaq, süni bir üslubla dini mövzular haqqında öz aləmlərində çoxbilmişlik etməyə (İslam dinini tənzih edirik) yönəlmişdir. Allahın adını zikr etməkdən, imani mövzuları, gözəl əxlaqı danışmaqdan qəsdən çəkinirlər. Çünki səmimi qəlbdən tam olaraq mənimsəmədikləri bir inancı müdafiə etmək və izah etmək nəfslərinə ağır gəlir. Buna görə də Allahı xatırlayarkən çox vaxt yaddaşlarında gizli qalan məlumatları, başqalarından eşitdikləri müəyyən qəliblərlə dilə gətirər, səmimi bir söhbət apara bilməzlər.

Müsəlmanların isə qəlblərində və düşüncələrində həmişə Allah olduğu üçün dilə gətirdikləri düşüncələri də həmişə səmimi qənaətlərdir. Allah Quranda möminlərin bu düşüncə tərzlərini, “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran surəsi, 191) ayəsiylə xəbər verir. Başqa bir ayəsində isə Allah, möminlərin qəlbinin ancaq Allahı zikr etməklə rahatlıq tapacağını bildirir:

 

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)

 

Müsəlmanların Allaha olan sevgisi, passivliyi müdafiə edən insanların ticarətə, həyat yoldaşlarına, dostlarına, ailələrinə, ya da hər hansı bir mövzuya duyduqları aludəçilik və sevgiylə müqayisə edilə bilməyəcək qədər böyükdür. Buna görə də Allahı həmişə düşüncələrində və dillərində zikr edərlər. Allah bir ayəsində həqiqi dindarların Allaha duyduqları sevginin gücünü belə bildirir:

 

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)

 

Həqiqi dindarların əksinə passiv bir xarakter göstərən kəslər, özləri Allahı zikr etməkdən uzaq olduqları kimi, başqalarını da uzaqlaşdırmağa çalışarlar. Allah, “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər?...” (Bəqərə surəsi, 114) ayəsiylə bəhsi keçən insanların bu cəhətlərinə Quranda diqqət çəkər.

Bu kəslər Allahın “...sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan” (Məhəmməd surəsi, 30) ayəsində bildirdiyi kimi müsəlmanlardan tamamilə fərqlənən danışıq üslublarıyla tanınarlar. İstifadə etdikləri forma, onların müsəlman əxlaqında olmadığı hissini verər. Müsəlmanların əsla fikir verməyəcəkləri sadə şeylərə çox əhəmiyyət verdiyi hissi oyandıran, hadisələrin Allahın nəzarəti altında olduğunu unutmuş bir insanın istifadə edə biləcəyi bir danışıq üslubları vardır. Bir neçə kitab və ya qəzet oxuyaraq əldə etdikləri məlumatları qarşı tərəfə bəzədilmiş cümlələriylə, imani sevgi və təvazökarlıqdan uzaq soyuq və saxtakar üslublarıyla izah edərlər. Onlar bunu müsəlmanlara qarşı bir “göstəriş etmək” vəsiləsi, ya da bir üstünlük olaraq görsələr də bunların heç biri qəlblərinə, gözlədikləri rahatlığı və hüzuru verməz. Onların vicdanlarındakı güclü təzyiqi və sıxıntını aradan qaldırmaz. Əksinə daim narahatçılıq və qorxu içində yaşamalarına səbəb olar.

 

ardı >>